Liseyimizin 6-cı sinif balabilgələri Azərbaycan uşaq ədəbiyyatının və teatrının yaradıcısı olan A.Şaiqin ev-muzeyində olublar. Onlar şairin həyatı, yaradıcılığı haqqında yeni məlumatlar əldə etmiş, uşaqlıqdan sevə-sevə şeirlərini öyrəndikləri müəllifi daha yaxından tanımışlar. Balabilgələr “Köç”əsərini, əsərdəki Kərim baba və Ayrım qızı obrazlarını muzey-dərs formatında çox böyük maraqla müzakirə etmişlər.