Лицей высоких целей

BILINGUAL

BLS – 1 və BLS – 2  (Məktəbəqədər və 1-8-ci siniflər)

BLS (Bilingual + STEAM) modeli həm Azərbaycan və ingilis (BLS – 1), həm də rus və ingilis dillərində (BLS – 2) tətbiq olunur. Təhsildə bilingual yanaşma (ikidilli yanaşma) tədrisin iki dildə: əsas tədris dili və xarici dildə aparılması metodudur. Bu yanaşmanın məqsədi həm mövzu üzrə biliklərin, həm də dil bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsidir. Bilingual yanaşmanın məqsədləri şagirdlərə çoxdilli dünyada uğurlu olmaq üçün zəmin yaratmaq, ikinci dildə sərbəst danışmaq, yazmaq, oxumaq və anlamaq bacarıqlarını inkişaf etdirmək, mədəniyyətlərarası anlayış və tolerantlıq formalaşdırmaqdır.