Лицей высоких целей

Hədəf STEAM Liseyində Xocalı soyqırımının anım günü tədbiri keçirildi.

Фев 26, 2023
Hədəf STEAM Liseyində Xocalı soyqırımının anım günü tədbiri keçirildi.

Hədəf STEAM Liseyində Xocalı soyqırımı şəhidlərinin anım gününə həsr edilən, Hədəf Konseptinə xas “Bir şəhidin kitabı” layihəsinin mükafatlandırma mərasimi keçirildi.

Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızı daha yaxından tanımaq və tanıtmaq məqsədi ilə keçirilən bu layihədə balabilgələrimiz uğurlu nümunələrlə iştirak etdilər.

Balabilgələrimiz hazırladıqları kitablarda şəhidlərimizin həyat, döyüş fəaliyyətini ustalıqla təqdim etmişdilər.

Tədbir müddətində kitab haqqında təəssüratlarını bizimlə bölüşən balabilgələrimizin yaradıcı fikirləri tamaşaçılar tərəfindən çox maraqla qarşılandı.

Sonda müsabiqə iştirakçılarına müxtəlif nominasiyalər üzrə təşəkkürnamələr, l, ll, lll yer üzrə qalib iştirakçılara isə təşəkkürnamə və pul mükafatı təqdim olundu.