Hədəfi böyük olanların liseyi

Hədəf Liseyində Püstəxanım Səfərovanın yetmişillik yubileyi qeyd olundu

Avq 29, 2025

Hədəf Liseyində uzun illərdir, pedaqoji fəaliyyəti ilə seçilən Püstəxanım Səfərovanın yetmişillik yubileyi komanda şəklində qeyd olunub. Tədbir zamanı müəllimin təhsilə verdiyi töhfələr və zəngin həyat yolu xüsusi vurğulanıb.

Hədəf Liseyində Püstəxanım Səfərovanın yetmişillik yubileyi qeyd olundu

Hədəf Liseyində uzun illərdir pedaqoji fəaliyyəti ilə seçilən Püstəxanım Səfərovanın yetmişillik yubileyi komanda şəklində qeyd olunub. Tədbir zamanı müəllimin təhsilə verdiyi töhfələr və zəngin həyat yolu xüsusi vurğulanıb.

Püstəxanım müəllim artıq 8 ildir – liseyin fəaliyyətə başladığı ilk gündən bizimlə çalışır. Ondan öncə isə dövlət məktəblərində, eləcə də Dünya Məktəbinin və Avropa Azərbaycan Məktəbinin quruculuğunda yaxından iştirak edib, təhsilin inkişafına əhəmiyyətli töhfələr verib.

Əməkdar müəllim həm enerjisi, həm də gənclərə olan münasibəti ilə yaşını heç vaxt hiss etdirməyib. O, hər yaşdan insanla səmimi ünsiyyət qura bilən, eyni zamanda prinsipial və tələbkar mövqeyi ilə seçilən bir pedaqoqdur. Müasir dövrdə bu qədər təcrübəli və öz peşəsinə sadiq qalan müəllimlərin sayı azdır və Püstəxanım müəllim bu sırada özünəməxsus yeri tutur.

Yubiley tədbirində çıxış edənlər onun peşəkar və ciddiyyətə əsaslanan yanaşmasını, tələbkarlığı ilə yanaşı kövrək və anlayışlı təbiətini də vurğulayıblar. Müəllimin “Dəmir döyülərək qılınca çevrilir” prinsipini rəhbər tutaraq illərlə yüzlərlə gəncin həyatına işıq saldığı qeyd olunub.

Tədbirdə Püstəxanım müəllimin əvvəlki iş yoldaşları – ustad pedaqoq Asif Cahangirov, Avropa Azərbaycan Məktəbinin direktoru cənab Françusko Bançini, Pedaqoji Kollecin direktoru Amaliya xanım və digər dəyərli qonaqlar da iştirak ediblər. Hədəf Liseyi adından yubiley tədbirinə qatılan bütün qonaqlara dərin təşəkkür bildirilib.

Tədbir boyu Püstəxanım müəllimin gənc nəslə ilham verən fəaliyyəti, təhsildə göstərdiyi fədakarlıq və liseyin formalaşmasında oynadığı mühüm rol xüsusi hörmətlə yad edilib.

Hədəf Liseyi olaraq Püstəxanım müəllimə uzun ömür, möhkəm cansağlığı və gələcək nəsillərə ilham verməyə davam etməsini arzulayırıq.

Püstəxanım müəllim artıq 8 ildir – liseyin fəaliyyətə başladığı ilk gündən bizimlə çalışır. Ondan öncə isə dövlət məktəblərində, eləcə də Dünya Məktəbinin və Avropa Azərbaycan Məktəbinin quruculuğunda yaxından iştirak edib, təhsilin inkişafına əhəmiyyətli töhfələr verib.

Əməkdar müəllim həm enerjisi, həm də gənclərə olan münasibəti ilə yaşını heç vaxt hiss etdirməyib. O hər yaşdan insanla səmimi ünsiyyət qura bilən, eyni zamanda prinsipial və tələbkar mövqeyi ilə seçilən bir pedaqoqdur. Müasir dövrdə bu qədər təcrübəli və öz peşəsinə sadiq qalan müəllimlərin sayı azdır və Püstəxanım müəllim bu sırada özünəməxsus yeri tutur.