Hədəfi böyük olanların liseyi

Hədəfdə “Valideyndən-balabilgəyə”!

Okt 25, 2024
Hədəfdə “Valideyndən-balabilgəyə”!

Hədəfdə “Valideyndən-balabilgəyə”!

“Valideyndən-balabilgəyə” layihəsi sinfin valideynlərindən birinin dəvət edilməsi ilə məktəb-valideyn əməkdaşlığını möhkəmləndirmək, valideynlərin dərs prosesi və balabilgələrlə yaxından tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq, öz uğur hekayələrini paylaşmalarına şərait yaratmaq məqsədi daşıyır.

1r1 sinfinin qonağı Dəniz Əkbərlinin valideyini həkim Süsən Əkbərli oldu. O, balabilgələrlə “Sağlamlıq” mövzusunda söhbət apardı və onların suallarını cavablandırdı. Sağlamlığın həyatımızda böyük rolu olduğunu izah etdi və 1r1 balabilgələrinə hədiyyələr təqdim etdi.
4a1 sinfinin qonağı Ayxan Zeynalovun valideyni "XAN" Nəşrləri MMC-nin direktoru Səbuhi Zeynalov oldu. O, öz peşəsindən, kitab və jurnallların nəşriyyatda keçdiyi mərhələlərdən danışdı.
6a2 sinif balabilgəsi Aysun Şükürovanın valideyni Nadilə xanım qonağımız oldu. İxtisasca hüquqşünas olan Nadilə xanım "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda təqdimatla çıxış etdi, sonda balabilgələrin suallarını cavablandırdı.
5e1 sinfinin qonağı İbrahim Rəcəbovun valideyni mühəndis Sinan Rəcəbov oldu. O, balabilgələrlə tikinti layihələri “autocad” haqqında danışdı və işğaldan azad olunmuş torpaqlardakı layihələri haqqında söhbət apardı və balabilgələrin suallarını cavablandırdı.

Hədəfi böyük olanların liseyi!