Hədəf Liseyi 1-9-cu sinif balabilgələrinin
təqdimat, özünüifadə, nitq qabiliyyəti,
özgüvən, liderlik bacarıqlarının
inkişafı məqsədilə keçirilən sosial layihədir.
Balabilgələr hər yarımilin sonu hazırladıqları
təqdimatla müəllim, valideyn
və lisey rəhbərliyi qarşısında
çıxış edirlər. Hazırladıqları təqdimatlar
əsasən liseydə əldə etdikləri bilik və bacarıqlarının hesabatı, liseyi tənqid,
özünütənqid şəklində olur. Məqsəd balabilgələrin auditoriya qarşısında
təqdimat, özünüifadə, tənqidi düşüncə və nitq bacarıqlarının formalaşması
və inkişafıdır. Hər ilin yanvar və may aylarında keçirililən Bilgə hesabatları
yarımillik valideyn iclasları ilə eyni gündə keçirilir.