Hədəf STEAM Liseyi və Hədəf Globalın birgə təşkilatçılığı ilə “Summer Story- 2023” üçün qeydiyyat başlandı!.
Ölkənin ilk və yeganə STEAM əsaslı liseyi olan “Hədəf” Balakən rayonunda 12-16 yaşlı uşaqlar üçün xüsusi proqramlı Yay düşərgəsi təşkil edir.
Sizləri yaşıllıqlarla zəngin, təbiət qoynunda, şəhərin səs-küyündən uzaqda, Balakən Olimpiya İdman Kompleksində əyləncə, gəzinti, maraqlı görüşlər, tanışlıqlar və ən əsası yeni biliklərlə dolu yay düşərgəmizdə görməkdən məmnun olarıq.
Proqrama aşağıdakılar daxildir:
• STEAM əsaslı dərslər və təlimlər;
• Müxtəlif ixtisaslı professional kadrlarla görüşlər və söhbətlər;
• Açıq havada müxtəllif oyunlar və idman fəaliyyətləri;
• Üzgüçülük və skaut təlimləri;
• Ekskursiyalar;
• Master klasslar;
• Masaüstü və intellektual oyun yarışları;
Siz də uşağınızın yay tətilini səmərəli keçirməyini, həm öyrənib, həm də əylənməsini istəyirsinizsə, “Yay Nağılı - 2023”-ə qeydiyyatdan keçməyə tələsin.
Keçirilmə vaxtı: 1 iyul – 10 iyul
Qeyd: 30 May tarixinə qədər qeydiyyatdan keçənlərə 10% endirim tətbiq olunacaq.
Əlaqə telefonu: Zəng et