Axtarış
show all
School for those who aim high

Hədəf şirkətlər qrupu Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Feb 07, 2023
Hədəf şirkətlər qrupu Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Qardaş Türkiyədə dəhşətli zəlzələnin ağır fəsadları artmaqdadır. Zəlzələ Türkiyənin bir neçə şəhərində ciddi dağıntılara, minlərlə insanın ölümünə və on minlərlə insanın yaralanmasına səbəb olub.
Hədəf Şirkətlər Qrupu rəhbərliyinin qərarına əsasən, şirkətin bütün təhsil müəssisələrində ilk dərs qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsinə həsr olunub.
Bundan əlavə, müəllimlər zəlzələ, onun dağıntılara və insan tələfatına səbəb olması, zəlzələ zamanı nələr etməyin vacib olması barədə qısa məlumat bölüşüblər. Bu məlumat həm informativ, həm də təlimat xarakterli olmuşdur. Zəlzələnin sırf təbiət hadisəsi olması ilə yanaşı, belə fövqəladə hallarda davranış qaydaları barədə söhbət edilmişdir.
Ürəyimiz bu gün də Türkiyə üçün döyünür. Dünyasını dəyişən və yaralananların sayının artmamasını diləyirik. Başımız sağ olsun