Bu gün liseyimizdə Hədəf Konseptinə xas ”Analar Liseydə” tədbiri keçirildi. Validey-məktəb-şagird münasibətlərinin sıx formalaşması məqsədi daşıyan sosial layihə həm ana valideynlərimizin, həm də heyətin sevimli işlərindəndir.
Anaların gəlişindən əvvəl balabilgələr onlara anonim məktub yazır ki, bu da uşaqıarın düşüncələrini, arzu, istək və fikirlərini zamanında duyub, onların istər psixoloji, istərsə də mənəvi dünyalarını dymağa imkan verir.
O məktubdan xüsusi diqqət çəkənlərini valideynlərimizə təqdim edib, onlarla bərabər müzakirə etdik. Bu il proqramda açıq havada yoqa təlimi, psixoloji seminar-təlimlər də yer almışdır.