Elm və texnologiya inkişaf etdikcə ən sağalmaz deyilən xəstəliklərin belə müalicəsi mümkün olur. Məhz bu səbəbdən təlimimizdə gen mühəndisliyi sahəsində mühüm yeniliklər yaradan "CRİSPR CAS9" texnologiyası haqqında danışdıq.
"Gen qayçısı ilə İnsan mühəndisi" adı altında iştirakçılarımız təcrübə apararaq kividən DNT alıb, 3D printerimizdə çap olunan DNT modellərini incələdilər. Kodlaşdırma haqqında məlumat verilərək m-RNT - dəki tripletlər əsasında amin turşuları kodlaşdırıb, interaktiv simulyasiyadan istifadə edərək Transkripsiya və Translyasiya proseslərinə əyani şəkildə şahidlik etdilər.
Təlimin başlanğıcında 1907-ci ildə çəkilmiş "Gattaca" filmindən fraqment göstərilərək gen mühəndisliyi sahəsində 21 əsrdə edilən kəşflərin, insan genomunda aparıla biləcək dəyişikliklərin o vaxtlardan öngörüldüyü iştirakçılarımızın diqqətinə çatdırıldı. Gen qayçısı adlandırılan Cas9 proteini irsi məlumatlarımızın daşıyıcısı olan DNT-də yerləşən genlərin kəsilib götürülməsinə və ya yenilərinin əlavə edilməsinə imkan yaradaraq insan orqanizmində yeni xüsusiyyətlərin meydana çıxmasına səbəb olur.
Sonda, bu məlumatlar əsasında təlim iştirakçıları CRİSPR Cas9 texnologiyasından istifadə edərək insan mühəndisi olmağın mümkünlüyü barəsində fikirlərini bildirdilər.