Yeni tədris ilinə güclü başlanğıc!
Hədəf Liseyi və Balabilgə uşaq bağçasının idarə heyətinin iştirakı ilə tədris ilinə başlanğıc iclası keçirildi.
İclas zamanı qarşıdakı ilin hədəfləri, inkişaf planları və strateji addımlar ətraflı müzakirə olundu.
İclasda əsas vurğulanan məqamlar:
Yeni tədris ili üçün ümumi şagird sayı, bölmələr üzrə bölgü və keçən illə müqayisəli nəticələr təqdim edildi. Mövcud şagirdlərlə yanaşı, yeni qəbul edilənlərin artımı müsbət dinamikanı göstərdi.
Sinif komplektləşməsi təsdiqlənərək, şagird bölgüsü optimallaşdırıldı. Tədrisin keyfiyyətini artırmaq üçün balanslı və məqsədyönlü planlama aparıldı.
Yeni tədris ilinə hazır olan yüksək ixtisaslı müəllim heyəti, həmçinin açıq vakansiyalar müzakirə edilərək, kadr təminatı istiqamətində addımlar müəyyənləşdirildi.
İclasın sonunda qarşıdakı dövr üçün fəaliyyət planı təsdiqləndi.
2025–2026-cı tədris ilinə daha güclü, hədəfli və motivasiyalı şəkildə başlayırıq!