Hədəfi böyük olanların liseyi

Yazıçı Şəmil Sadiqlə məktəbli oxucuların görüşü keçirilib.

Apr 21, 2026
Yazıçı Şəmil Sadiqlə məktəbli oxucuların görüşü keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında yazıçı Şəmil Sadiq ilə məktəbli oxucuların görüşü təşkil olunub. “Böyük adam olmuş uşaqlar” adlı tədbirdə kitabxananın Uşaq şöbəsinin müdiri, məktəbli oxucular, sinif müəllimləri və kitabxana kollektivi iştirak edib. Tədbir çərçivəsində yazıçı haqqında iştirakçılara ətraflı məlumat verilib. Görüş zamanı Şəmil Sadiq yaradıcılığı, “Böyük adam olmuş uşaqlar” kitab seriyası, həmçinin müəllifi olduğu “Zəfər yolu”, “Dəyərlər” və “Mübariz İbrahimov” adlı əsərləri barədə geniş məlumat verib. Yazıçının yaradıcılıq fəaliyyətinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunub. Tədbir zamanı müəllif 13–17 may tarixlərində keçiriləcək V Uşaq Kitab Festivalı haqqında da məlumat verərək bu festival üçün hazırlanmış kitab nümunələrini uşaqlara təqdim edib. Görüşdə iştirak edən 102 saylı tam orta məktəbin müəllimi Səbahət Məmmədova yazıçıya xoş sözlərini çatdırıb. Məktəbli oxucular isə “Böyük adam olmuş uşaqlar” kitab seriyasında yer alan obrazları canlandıraraq maraqlı səhnəciklər nümayiş etdiriblər. Daha sonra yazıçı oxucuların suallarını cavablandırıb. Tədbirin sonunda Şəmil Sadiq müəllifi olduğu “Zəfər yolu”, “Dəyərlər” və “Mübariz İbrahimov” kitablarından bir neçə nüsxəni Mərkəzi Kitabxananın Uşaq şöbəsinə və tədbirdə iştirak edən məktəbli oxuculara hədiyyə edib.