Hədəfi böyük olanların liseyi

"Yaşıl Dünya Naminə Həmrəylik" sərgi təqdimatı!

Dek 24, 2024
"Yaşıl Dünya Naminə Həmrəylik" sərgi təqdimatı!

Hədəf STEAM Liseyində elm, sənət və təbiətin birləşdiyi möhtəşəm bir gün yaşandı. İbtidai sinif şagirdlərimizin təqdim etdiyi "Yaşıl Dünya Naminə Həmrəylik" adlı sərgidə təbiətə, ekologiyaya və yaradıcılığa olan sevgi öz əksini tapdı. 

 Tədbir çərçivəsində şagirdlərimizin böyük sevgi və yaradıcılıqla hazırladığı STEAM əsaslı əl işləri nümayiş etdirildi. Bu layihələrdə təbiət sevgisi, innovativ yanaşma və yaradıcı düşüncə bir araya gələrək gələcəyin dayanıqlı inkişaf hədəflərinə işıq tutdu.

 Sərginin mövzusu şagirdlərimizin ifasında səslənən şeir və mahnılar ilə daha da rəngləndi. Onların təbiət və harmoniya haqqında verdiyi mesajlar, hər bir izləyiciyə ilham bəxş etdi.

 Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadə sərgidə iştirak edən hər bir sinifə və şagirdə təşəkkürlərini çatdırdı. Onların əməyi, göstərdiyi yaradıcı yanaşma və elmə olan sevgisi xüsusi vurğulandı.

Tədbirin sonunda, sərgidə təqdim olunan əl işlərinin keyfiyyətini və şagirdlərin göstərdiyi səyləri qiymətləndirmək məqsədilə iştirakçılara və siniflərə sertifikatlar təqdim olundu.

 Bu cür tədbirlər yalnız elm və təhsilin inkişafına deyil, həm də şagirdlərdə təbiətə və yaradıcılığa qarşı sevgi aşılamağa xidmət edir. Hədəf STEAM Liseyi olaraq belə layihələrin təşkilinə və dəstəyinə hər zaman önəm veririk! 

 Təbiəti sevək, elm və yaradıcılıqla dünyamızı daha yaşıl edək!