Hədəfi böyük olanların liseyi

XI Bakı Beynəlxalq Kitab Sərgisi başa çatdı!

Okt 09, 2025
XI Bakı Beynəlxalq Kitab Sərgisi başa çatdı!

1-7 oktyabr tarixlərində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi uğurla yekunlaşdı. Bu il sərgi “Texno-insan: dünənin əfsanəsi – bugünün hadisəsi” şüarı ilə insan və texnologiyanın vəhdətini, bilik və innovasiyanın birgə inkişafını önə çəkdi.

Bu mövzunun ruhuna uyğun olaraq Hədəf STEAM Liseyi və İnteraktiv Elm Muzeyi sərgidə texnologiya, elm və təhsilin sintezini nümayiş etdirən eksponatları ilə minlərlə ziyarətçinin maraq mərkəzinə çevrildi. Liseyin balabilgələri sərgi boyu ziyarətçilərə canlı elmi təcrübələr təqdim etdilər, İnteraktiv Elm Muzeyinin eksponatlarını izah etdilər və STEAM əsaslı təhsil modelinin real nəticələrini nümayiş etdirdilər. Onlar elmin əyləncəli tərəfini göstərərək uşaqlarda və böyüklərdə elmi marağı və kəşf ruhunu oyatdılar.

Sərgidə ən çox diqqətçəkən yeniliklərdən biri isə Hədəf STEAM Liseyinin Bilgə robot müəllimi oldu. Bilgə robot sərgi boyunca ziyarətçilərlə ünsiyyət qurur, sualları cavablandırır və Hədəf Liseyinin təhsil imkanları barədə məlumat verirdi. Bu təqdimat texnologiyanın təhsildə tətbiqinin real nümunəsinə çevrildi.

Eyni zamanda, Hədəf STEAM Liseyinin bütün filiallarından balabilgələr sərgiyə ziyarətə gələrək sevimli müəllifləri ilə görüşdülər, imzalı və maraqlı kitablar əldə etdilər. Bu təşəbbüsün əsas məqsədi uşaqlarda kitaba sevgi yaratmaq, onların oxu mədəniyyətini formalaşdırmaq və şəxsi kitabxanalarını zənginləşdirmək idi.

Hədəf STEAM Liseyi olaraq biz inanırıq ki, elmi biliklər texnologiya ilə, texnologiya isə kitab sevgisi ilə güclənir.

Hədəfi böyük olanların liseyi – Hədəf STEAM Liseyi!