Hədəfi böyük olanların liseyi

“Valideyndən-şagirdə” layihəsi

Okt 24, 2019
“Valideyndən-şagirdə” layihəsi
Valideyndən-şagirdə” layihəsi çərçivəsində hər həftə valideynlərimizi liseyə dəvət edirik. Onlar öz peşə sirlərini, həyat təcrübələrini və dəyərli fikirlərini balabilgələrimizlə bölüşürlər. 
Layihəmizin ilk qonaqlarından biri 3-cü sinif balabilgəmiz Rəsulun valideyni Ülviyyə Allahverdiyeva digəri isə 6-cı sinif balabilgəmiz Osmanın valideyni Barxal Paşa olmuşdur.
Ülviyyə xanım ədalət haqqında nəsihətamiz hekayələr söyləmiş, Paşa bəy “Ədalət nədir?” mövzusunda danışmış, balabilgələr “niyə ədalətli olmalıyıq?”, “hər kəsə eyni cür davransaq ədalətli olarıqmı?” suallarının cavablarını onlarla birgə araşdırmışlar.