“Valideyndən–balabilgəyə” layihəsi
Hədəf STEAM Liseyində həyata keçirilən “Valideyndən–balabilgəyə” layihəsinin əsas məqsədi məktəb, valideyn və balabilgə arasında sıx əməkdaşlıq qurmaq, uşaqlarda müsbət dəyərlərinin, peşə maraqlarının və həyat bacarıqlarının formalaşmasına dəstək olmaqdır.
Bu çərçivədə müxtəlif siniflərdə valideynlərimizin iştirakı ilə maraqlı və maarifləndirici görüşlər baş tutub.
6A3 sinfi
Valideynimiz Camalzadə Zenfira xanım balabilgələrlə gələcək peşə seçimləri haqqında səmimi söhbət aparıb. O eyni zamanda öz fəaliyyət sahəsi – döşək istehsalı barədə məlumat verərək düzgün döşək seçiminin sağlamlıq üçün əhəmiyyətini vurğulayıb.
2R1 sinfi
Valideynimiz Haqverdiyeva İlahə xanım “Bacarıqlı olmaq üçün nə etməliyik?” mövzusunda müzakirə aparıb və balabilgələrimizə çalışqan, məqsədyönlü və inamlı olmağın vacibliyini çatdırıb.
6A2 sinfi
Valideynimiz İbayev Pərviz bəy balabilgələrimizə öz peşəsi haqqında maraqlı məlumatlar verib. O, zəhmətkeşliyin, məqsədyönlülüyün və mənəvi dəyərlərin insan həyatındakı rolunu vurğulayaraq dəyərli nəsihətlər ünvanlayıb. Görüş həm maarifləndirici, həm də ruhlandırıcı keçib.
5A3 sinfi
Valideynimiz, Memarlıq və İnşaat Universitetinin laboratoriya müdiri Sara Həsənova balabilgələrə öz peşəsi haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb və sonda balabilgələrimizi kiçik hədiyyələrlə sevindirib.
1A2 və 2A3 sinifləri
Valideynlərimiz Huri Yusubova və Şahanə İbrahimova dəyərli çıxışları ilə balabilgələrimizi sevindiriblər.
Valideynimiz Huri Yusubova xüsusi proqramçı kimi müasir texnologiyaların həyatımızdakı rolu, düzgün istifadə qaydaları və diqqət olunmalı məqamlar barədə maraqlı, faydalı məlumatlar paylaşıb.
Valideynimiz Şahanə İbrahimova valideyn–müəllim–balabilgə münasibətlərinin möhkəmlənməsi, tərbiyəvi söhbətlərin və oyunların əhəmiyyəti barədə səmimi tövsiyələr verib.
8A2 sinfi
Valideynimiz İbrahimli Şəhanə xanım balabilgələrlə “Gələcəkdə özümü harada görürəm” mövzusunda maraqlı və düşündürücü müzakirə aparıb. O, gələcək planların düzgün qurulmasının, sevdikləri sahəni seçməyin və məqsədyönlü olmağın əhəmiyyətini vurğulayıb.
Hər bir görüşdə balabilgələrimizin maraqla iştirak etməsi, suallar verməsi və öyrənməyə olan həvəsi layihənin əsas məqsədinə çatdığını göstərir.
Layihəmizə dəyərli töhfələrinə, balabilgələrimizə verdikləri motivasiyaya və səmimi iştiraka görə bütün valideynlərimizə dərin təşəkkür edirik!