Azadlıq korpusunda məktəbəqədər hazırlıq təhsil qruplarında birinci yarımil üzrə açıq dərs keçirildi. Bu dərsin təşkilində məqsəd müəllimlərin pedaqoji bacarıqlarını inkişaf etdirmək, tədris metodları ilə bağlı təcrübə mübadiləsini təmin etmək və gələcək fəaliyyətlərdə tətbiq edə biləcəkləri yeni ideyalar təqdim etmək idi. Açıq dərslərimizdə müxtəlif qruplardan olan balabilgələr öz bacarıqlarını nümayiş etdirdilər, müəllimlər isə innovativ və yaradıcı yanaşmaları ilə diqqət çəkdilər.
Bu çərçivədə Abşeron filialında çalışan məktəbəqədər hazırlıq müəllimləri də dərsi izləmək üçün qonaq qismində iştirak etdilər. Onlar həm balabilgələrin fəallığını, həm də müəllimlərin dərsə olan hazırlığını diqqətlə izləyərək öz sahələrinə uyğun tətbiq edə biləcəkləri təcrübələr qazandılar. Açıq dərs boyu müzakirələr və interaktiv yanaşmalar vasitəsilə dərsin məzmunu daha da zənginləşdirildi.
Açıq dərslərin sonunda bütün iştirakçılar səmimi bir mühitdə çay süfrəsi ətrafında toplaşdılar. Bu qeyri-rəsmi görüş müəllimlər arasında fikir mübadiləsi aparmaq, dərslərdə apardıqları qeydləri müzakirə etmək və tədris prosesinin keyfiyyətini artırmağa yönəlmiş yeni yanaşmalar üzərində birgə düşünmək üçün gözəl bir fürsət oldu. Müəllimlər bir-birindən öyrənməklə yanaşı, bu cür tədbirlərin onların peşəkar inkişafına böyük töhfə verdiyini vurğuladılar. Tədbir dostluq və həmrəylik ruhunda tamamlandı, iştirakçılarda isə gələcəkdə bu cür təşəbbüslərin daha çox keçirilməsi arzusu yarandı.
Hədəfə doğru birlikdə irəliləyək!