“Azərbaycan əcnəbilərin gözü ilə” layihəsi çərçivəsində Qazaxıstan Respublikasının Almatı Menecment Universitetinin tələbələri ölkəmizdə səfərdə olarkən Hədəf STEM liseyini də ziyarət ediblər.
Liseydə keçirilən dərslər, proqramlar barədə ətraflı məlumat alan qonaqlar,ümumilikdə yeni olan belə bir təhsil konsepti ilə tanışlıqdan məmnun olduqlarını bildiriblər. Qazaxıstanlı tələbələr Liseyin şagirdləri ilə ölkəmizin tarixi, mədəniyyəti, təhsil sistemi haqqında da fikir mübadiləsi aparıblar.
Ölkəmizdə ilk dəfə səfərdə olan tələbələr şəhərimizdə elm, texnologiya ilə bağlı belə bir müasir liseyin olmasını sevinc hissi ilə qarşılayıblar. Onlar öz ölkələrində Hədəf konsepti ilə bağlı məlumat verəcəklərini də qeyd ediblər.