Hədəf konseptinin ən aktiv və maraqlı layihələrindən biri olan “Lisey Bilgəsi”nin bir günlük direktor olması 18 dekabr tarixində Qurtuluş korpusunda həyata keçirildi.
Direktor kürsüsündə bu dəfə Rəsulzadə Rəsul!
Bilgəmiz Rəsul gün ərzində icraçı direktorun vəzifəsini uğurla icra etdi. Onun gördüyü işlər:
• İdarə heyəti, müəllimlər və bilgələrlə görüşlər keçirərək onların təklif və iradlarını dinlədi.
• Öz tapşırıqlarını verərək idarəetmədə aktiv rol oynadı.
• Dərsləri dinlədi və nümunəvi dərslərdə iştirak etdi.
• Liseyin yeməkxanası və infrastrukturu ilə yaxından tanış oldu.
Rəsul bilgə toyunda təqdim olunan mükafatın bir hissəsini “HəmÜrək” xeyriyyə yarmarkasına bağışlayaraq alqışa layiq bir addım atdı.
Bu layihə şagirdlərimizin idarəçilik bacarıqlarını inkişaf etdirmək, onların sosial məsuliyyət hissini artırmaq və liderlik keyfiyyətlərini üzə çıxarmaq məqsədi daşıyır.
Bu unudulmaz gündən görüntüləri qaçırmayın!
Biz sadəcə işimizlə öyünürük!