Hədəfi böyük olanların liseyi

Nəsimi korpusunda ELTA imtahanı və müəllimlərin inkişafına dəstək!

Noy 25, 2024
Nəsimi korpusunda ELTA imtahanı və müəllimlərin inkişafına dəstək!

İngilis dili müəllimlərinin inkişafını dəstəkləyən və dil bacarıqlarını ölçən ELTA imtahanı, "Common European Framework of Reference for Languages" (CEFR) meyarlarına əsaslanaraq Nəsimi korpusunda uğurla keçirildi. 

Bu beynəlxalq səviyyəli imtahan, müəllimlərə oxu, yazı, dinləyib-anlama bacarıqlarını ölçmək imkanı verdi və onların dil inkişafı proseslərini asanlaşdırmağa kömək etdi.

İmtahan sonrası müəllimlər təcrübələrini bölüşdü, suallarla bağlı fikirlərini bildirdilər və gələcəkdə daha da inkişaf etməyə yönəlmiş təkliflər irəli sürdülər. Təhsil sahəsindəki bu mühüm addım ingilis dili tədrisinin keyfiyyətini artırmağı və müəllimlərin peşəkar inkişafını dəstəkləməyi məqsəd qoyan vacib bir təşəbbüsdür!
Gələcəkdə də belə tədbirlərlə ingilis dili müəllimlərinin inkişafını dəstəkləmək məqsədini daşıyırıq.