MÜSİAD-ın 35 illik yubileyinə həsr olunmuş futbol turnirinin final mərhələsi keçirilib.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsis edilməsinin 35 illik yubileyi münasibətilə MÜSİAD Azərbaycan İctimai Birliyinin Təhsil və Mədəniyyət Komissiyasının təşkilatçılığı, “Setkaya” MMC və “Life Sport”un baş sponsorluğu, “Tonuby Group”, “İnam Sport” və Bakı Nitq Mərkəzinin sponsorluğu ilə MÜSİAD Azərbaycan üzvləri arasında təşkil olunan futbol turnirinin final mərhələsi uğurla yekunlaşıb.
Final oyununu MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, sədrin birinci müavini Hüseyin Yapar, İdarə Heyəti üzvləri, dərnək üzvləri və Gənc MÜSİAD Azərbaycan nümayəndələri izləyiblər.
Turnirin yekun nəticələrinə əsasən:
🥇 XƏZRİ TN komandası I yerin qalibi olaraq kubok və medallarla təltif olunub.
🥈 HAZEL komandası II yeri,
🥉 HƏDƏF GROUP və AVİS komandaları isə müvafiq olaraq III və IV yerləri tutublar.
Komandalar turnirin xatirə medalları və sertifikatlarla mükafatlandırılıblar.
Təqdimat mərasimində MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxış edərək bütün komandaları təbrik edib, fəal iştiraklarına görə təşəkkürünü bildirib.
Baş sponsorlar – “Life Sport” MMC-nin direktoru Qurbanəli Əliyev, “Setkaya” MMC-nin direktoru Serdar Veysel Kaya və MÜSİAD Azərbaycan Təhsil və Mədəniyyət Komissiyasının sədri Elvin Əliyev də çıxış edərək turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, iştirakçı komandaları nəticələr münasibətilə təbrik edib və növbəti turnirlərdə uğurlar arzulayıblar.