Hədəf Liseyində dəyərli təhsil adamı, millət vəkilimiz Mehriban Vəliyeva qonağımız oldu. Səfər çərçivəsində Mehriban xanım Hədəf konsepti və Elçin Abbasovun rəhbərliyi ilə yaradılmış İnteraktiv Elm Muzeyi ilə yaxından tanış oldu.
Görüş zamanı təhsilimizin mövcud vəziyyəti, inkişaf perspektivləri və gələcək planlarımız ətrafında səmərəli müzakirələr aparıldı. Maraqlı ideyalar, yeni yanaşmalar və innovativ tədris üsulları barədə geniş fikir mübadiləsi baş tutdu.
Hədəf Liseyi adından Mehriban Vəliyevaya təşəkkürümüzü bildirir, təhsilin inkişafı naminə birgə əməkdaşlığın davamlı olacağına inanırıq.