Hədəfi böyük olanların liseyi

 Lisey balabilgələrindən möhtəşəm xeyriyyə aksiyası – 10 000 AZN Yaşat Fonduna ianə edildi!

Yan 15, 2025
 Lisey balabilgələrindən möhtəşəm xeyriyyə aksiyası – 10 000 AZN Yaşat Fonduna ianə edildi!

 Lisey balabilgələrindən möhtəşəm xeyriyyə aksiyası – 10 000 AZN Yaşat Fonduna ianə edildi!

Hədəf STEAM Liseyində artıq ənənəyə çevrilmiş “HəmÜrək” xeyriyyə yarmarkasının 3-cüsü böyük coşqu ilə keçirildi. Nəsimi korpusunda baş tutan bu tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuşdu. 🇦🇿

Balabilgələrimizin sevgi ilə hazırladığı əl işləri, rəqslər və müxtəlif ölkələrin mədəniyyət, mətbəx və ənənələrinin nümayişi tədbiri daha da rəngarəng etdi. Yarmarkanın ruhunu “Xəzər band” musiqi qrupu, müğənnilər Tofiq Hacıyev, Vlada Axundova və Cavidan Fatehi musiqi performansları ilə daha da yüksəltdilər.

Hədəf Liseyi olaraq fəxrlə bildiririk ki, bu yarmarka nəticəsində toplanan 10 000 AZN vəsait “Yaşat” Fonduna çatdırıldı. 

Valideynlərimizə, müəllimlərimizə və balabilgələrimizə göstərdikləri dəstək və əməkdaşlıq üçün sonsuz təşəkkürlər! 

Hədəf Liseyi olaraq vətəninə, dövlətinə, milli dəyərlərinə sadiq balabilgə yetişdirmək əsas məqsədimizdir.

Bundan əlavə, Hədəf Liseyi “Yaşat” Fondu ilə əməkdaşlıq edərək 30 şəhid övladının və 10 qazi övladının təhsilinə töhfə verməkdən qürur duyur. 🇦🇿

Birlikdən güc doğar! 

#HəmÜrək #HədəfLiseyi #YaşatFondu #MilliDəyərlər #Xeyriyyə #VətənəSadiqNəsil