Hədəfi böyük olanların liseyi

HÖRMƏTLİ MÜƏLLİMLƏR VƏ TƏLƏBƏLƏR!!!

Apr 12, 2019
HÖRMƏTLİ MÜƏLLİMLƏR VƏ TƏLƏBƏLƏR!!!

Sizləri Hədəf STEM Liseyinin və Hədəf Globalın birgə təşkilatçılığı ilə 25-26 may 2019-cu il tarixlərində keçiriləcək iki günlük təlim-treninqlərə dəvət edirik.

Təlim-treninqlərin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEM, Makeblock robotiks, Arduino və Fischerteknik metod və məhsullarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini bilavasitə müşahidə edəcək, STEM dərslərinin qurulması və STEM əsaslı təhsillə bağlı suallarınıza cavab tapacaqsınız.

 Təlim-treninqlər ölkəmizin qabaqcıl və müasir təhsil işçilərinin məruzələrindən, 3 blokda 4 fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, yekunda məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaqdır.

 Bloklar aşağıdakı kimi qruplaşdırılmışdır:
1. STEM-Junior (Məktəbəqədər, İbtidai)
2. STEM-Nature (Kimya, Biologiya, Fizika, Coğrafiya)
3. STEM-ICT (Riyaziyyat, İnformatika)

Qeyd: Hər blok üzrə keçiriləcək 4 dərs nümunəsinin təlim iştirakçılarının aktiv iştirakı ilə təşkili nəzərdə tutulmuşdur.

 Təlimin sonunda iştirakçılara sertifikat veriləcəkdir.

Qediyyat üçün linkə daxil ola bilərsiniz:
 https://hedefliseyi.edu.az/stemseminari

hedefliseyi.edu.az
*2018
Tbilisi pr. 72