Hədəfi böyük olanların liseyi

Hədəfdə STEAM-5

Yan 13, 2021
Hədəfdə STEAM-5

HÖRMƏTLİ MÜƏLLİMLƏR VƏ TƏLƏBƏLƏR!!!

Sizləri Hədəf STEM Liseyinin və STEMİM-in birgə təşkilatçılığı ilə keçiriləcək “Hədəfdə STEAM-5” adlı vebinara dəvət edirik.
Əziz müəllimlər, ənənəvi olaraq hər il, ildə 2 dəfə pedaqoji təcrübələrimizi digər müəllimlərlə bölüşmək məqsədilə Hədəfdə STEAM təlimləri həyata keçirilir. Bu dəfə onlayn keçiriləcək Hədəfdə STEAM 5 layihəsində sizi müasir təhsil yanaşmaları, dünya təhsilindəki yeniliklər, STEAM, SEL kimi mövzular əsasında 12 təlimdə iştirak etməklə siz STEM dərslərinin qurulması, STEM əsaslı təhsildə fənlərin inteqrasiyaından düzgün istifadə və bu təhsil metodu ilə bağlı suallarınıza cavab tapacaqsınız.
Gün ərzində 3 təlim olmaqla, ümumilikdə 12 təlimə qoşularaq siz gününüzü səmərəli keçirəcək, pedaqoji bacarıqlarınızı bölüşəcəksiniz.
Vebinarlar 4 gün ərzində – 28, 29, 30, 31 yanvar tarixlərində saat 14:00-18:00-da baş tutacaq.
Təlimlərin siyahısı aşağıdakı kimidir:
1. Veb alətlər və resurslar (İnformatika kafedra müdiri və Olimpiadalar üzrə koordinator Məmməd Kərimli)
2. Şagirdlə necə dost olmalı ( Hədəf Liseyi Abşeron filialının icraçı direktoru Cahid Hüseynov)
3. İnnovativ STEAM Dərslərinin hazırlanması (Azərbaycan dili və Ədəbiyyat müəllimi Zaur Məhərrəmov)
4. Riyaziyyatın digər fənlərlə inteqrasiya imkanları və STEAM (Riyaziyyat kafedra müdiri Nara Cəfərova)
5. Şagird nə istəyir, biz nə veririk? (İngilis dili kafedra müdiri Nərgiz Mahmudzadə )
6. Ömür boyu Sağlam Təhsil (İbtidai sinif müəllimi Zöhrə Cəfərova )
7. SEL (İbtidai sinif müəllimi Ayşən Məmmədova )
8. Məktəbdarlıq və müəllim portfolioları (Nəsimi filialı Tədris işləri üzrə direktor müavini Püstəxanım Səfərova )
9. Məktəbdə Bullinq (Psixoloq Zərinə Əliyeva)
10. CLİL metodu və ya fənlərin dostluğu (Hədəf Liseyi Nəsimi filialı icraçı direktoru Aytən Hüseynova)
11. Tapşırıqlarının hazırlanması və işlədilməsi (Azərbaycan dili və Ədəbiyyatı kafedra müdiri Nizami Hüseynov )
12. Süni intellekt. Maşın öyrənməsi (STEM şöbə müdiri Eşqin Quluzadə)
Qeyd: Vebinar ödənişlidir. 12 vebinar Sadəcə 29 manat. Hər vebinar iştirakçısı sonda sertifikat və Şəmil Sadiqin İNSAN Mühəndisi kitabını hədiyyə olaraq əldə edəcək.
Son qeydiyyat tarixi 26.01.2021-ci il saat 23:00-a kimdir.
Əlavə məlumat üçün: +994 70 272 2018
Hədəfdə STEAM-5 vebinarında iştirak üçün qeydiyyat linki :