Hədəf STEAM Liseyinin Abşeron filialının Qurtuluş korpusunda 2-6 sentyabr tarixlərini əhatə edən ənənəvi “Bizdən-bizə” layihəsi keçirildi.
Layihə çərçivəsində "STEAM avadanlıqları ilə tanışlıq, onlardan istifadə qaydaları və fənlərə inteqrasiya" mövzusunda STEAM kafedrası müəllimlərinin təlimi olmuşdur. Öncəliklə, Pərvanə Məmmədova və Arizə Məmmədova ibtidai siniflər üçün istifadə olunan, fənlərimizə inteqrasiya edə biləcəyimiz avadanlıqlar haqqında ətraflı məlumat verdilər. Daha sonra isə Elcan Seyidov və Məhəmməd Məmmədov V–XI siniflərin tədrisində istifadə olunan STEAM avadanlıqları, onların iş prinsipləri barədə çıxış etdilər.
"Bizdən-bizə" layihəsinin davamında ibtidai sinif müəllimləri üçün ibtidai siniflər üzrə direktor müavini Mətanət Hüseynovanın və STEAM müəllimi Arizə Məmmədovanın "Tık-tık xanım" adlı model dərs nümunəsi təqdim etdilər. Azərbaycan dili, texnologiya və musiqi fənlərinin inteqrasiyası olan bu dərsimizdə müəllimlərimiz həm əyləndilər, həm də öyrəndilər.
layihəsinin davamında Kəklik Məmmədəliyevanın xarici dil müəllimləri üçün "Abituriyent proqramında dəyişikliklər və yazı bacarıqlarının (writing) asan şəkildə formalaşdırılması" mövzusunda təqdimatı oldu. Bu təlim il ərzində müəllimlərimizin işinə yarayacaq yeni bacarıqların formalaşması ilə yanaşı onların pedaqoji yöndən peşəkar inkişafına dəstək oldu.
Növbəti praktik təlim İnformatika və süni intellekt kafedrasının müəllimləri Pərvanə Məmmədova və Günay Təhməzovanın təqdimatında həyata keçirilən "Praktik ofis proqramları. Ağıllı lövhə" təliminin birinci hissəsi oldu.
Layihəsi çərçivəsində təlimçi qismində Hədəf Liseyi Bakı filialının V-XI siniflər üzrə direktor müavini Elmar Əliyev qonağımız oldu və "Şagirdlərlə effektiv ünsiyyət" mövzusunda müəllimlərə təlim keçdi. Dəvətimizi qəbul edib gəldiyi üçün və maraqlı təlimi üçün Elmar müəllimə Hədəf Liseyi Abşeron filialı müəllimləri adından təşəkkürümüzü bildiririk.
"Bizdən-bizə" layihəsinin son günündə İbtidai sinif müəllimi Nailə Abdalovanın təqdimatında "Fəal dərsin strukturu. Məzmun standartları" mövzusunda təlimi oldu.
Həmçinin son gündə növbəti təlimimiz il boyu daima lazım olacaq "Ofis proqramları. Ağıllı lövhə" təliminin 2-ci hissəsi oldu. İnformatika müəllimlərimiz Pərvanə müəllimə "Excel" proqramının incəliklərini, Günay müəllimə isə "Power Point" proqramının incəliklərini praktik şəkildə müəllimlərə izah etdilər. Daha sonra "Emkotech" ağıllı lövhənin iş prinsipi və funksiyaları ilə müəllimləri tanış etdilər.
Sonda isə akademik direktor Fatimə Kərimli nitqində qeyd etdi Kİ, Hədəf STEAM Liseyi olaraq hər fənnin tədrisində STEAM mütləq istifadə olunmalıdır, çünki "Gör, toxun, et" prinsipi ilə həyata keçirilən dərslərimiz daha keyfiyyətli, maraqlı və yaddaqalan olur.
Layihə proqramı çərçivəsində:
• Türkan Əliyeva "Sinfin idarəedilməsi"
• Fatimə Kərimli "Hədəf konseptində qiymətləndirmə"
• Kəklik Məmmədəliyeva "Yazı bacarıqlarının formalaşdırılması və buraxılış imtahanındakı dəyişikliklər"
• Elcan Seyidov, Məhəmməd Məmmədov, Pərvanə Məmmədova, Arizə Məmmədova "STEAM mərkəzi avadanlıqları və onlardan istifadə qaydaları" və "STEAM praktik təlimlər"
• Elmar Əliyev "Uşaqlarla effektiv ünsiyyət"
• Nailə Abdalova "Fəal dərsin strukturu. Məzmun standartları"
• Pərvanə Məmmədova, Günay Təhməzova, Mircahan Rəcəbli "Praktik ofis proqramları" mövzularında çıxış etdilər.
Layihənin proqramına təlim-tərbiyə işinin təşkili, fəal dərsin qurulması, müəllimin etik davranış qaydaları, uşaqlarla effektiv ünsiyyət və ümumilikdə, 10 müxtəlif mövzuda olduqca maraqlı, faydalı, öyrədici təlim və seminarlar daxil idi.
Təlim-seminarda müəllimlərə vəzifə öhdəlikləri, yeni tədris ilində görüləcək işlər, təlim-tərbiyə işinin təşkili, çətin uşaqlarla iş, STEAM təlimləri barədə ətraflı məlumat verildi.
Heyətə qoşulan yeni gənc müəllimlərin istedadının üzə çıxarılması, biliyin paylaşılması və komandanın stimullaşdırılması üçün təşkil olunan "Bizdən-bizə" layihəsi ildə 2 dəfə olmaqla təşkil edilir.