“Hədəf STEM Liseyi” müəllimlərin STEM əsaslı təhsil kompetensiyalarının formalaşması və artırılması məqsədilə təcrübə proqramı elan edir.
Təcrübə proqramı Respublikamızda müəllimlərin peşəkarlıqlarının artırılması və STEM əsaslı təhsil kompetensiyalarının formalaşdırılması baxımından ilk layihə proqramıdır. Proqramda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar, pedaqoji ali təhsil almış məzunlar eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən institut və universitetlərin magistratura və doktoranturasında təhsil alanlar iştirak edə bilərlər. Proqram iştirakçıları STEM təhsilini təlimlər əsasında dərindən mənimsəyəcək, bu istiqamətli dərslərin təşkilində iştirak edəcək, müvafiq təcrübə dərslərini quracaq və tətbiq edəcək, sonda isə qiymətləndirmədən keçərək müvafiq sertifikatlarla təltif olunacaqlar. Təcrübə proqramını uğurla bitirən, imtahandan yüksək nəticə göstərən, açıq dərsləri uğurlu alınan, müsahibə və müşahidələrdən yüksək izlənim göstərən iştirakçılar Hədəf STEM Liseyi, Hədəf Kurslarında işlə təmin olunacaqlar.
Təcrübə proqramı üçün tələblər:
Hər bir təlim 1 saat (60 dəq) davam edəcək. Təlim günləri ərzində 2 təlimin keçirilməsi planlaşdırılmışdır. Təlimlər aşağıda qeyd olunan proqramlar əsasında 30 təlim və praktik dərslər olmaqla təşkil olunacaq:
Təcrübə proqramının iştirakçıları bütün təcrübə prosesi ərzində qiymətləndiriləcəklər. Belə ki, hər bir təlimin sonunda Hədəf STEM Liseyinin yaratdığı xüsusi nəzarət qrupunun müşahidələri əsasında iştirakçıların davamiyyəti, fəallığı, davranışı, nitqi, özünü ifadə etməsi, elmiliyi və dinamikliyi əvvəlcədən müəyyən olunmuş meyarlarla qiymətləndiriləcək. Təcrübə proqramının yekununda isə yuxarıda qeyd olunan təlim proqramları əhatəsində tərtib olunmuş suallar əsasında qiymətləndirilmə aparılacaq.
Son qeydiyyat tarixi: 28 fevral
Proqram Hədəf STEM Liseyinin Abşeron filialında (Ünvan: Masazır qəs, “Bağçalı evlər” yaşayış massivi) təşkil olunacaqdır.
Qeydiyyat üçün liseyinin Nəsimi və ya Abşeron filialına yaxınlaşa bilərsiniz.