Hədəf STEAM Liseyinin Abşeron filialında Qurtuluş Gününə həsr olunmuş EFMF – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirildi.
Artıq dördüncüsü keçirilən festival Hədəf STEAM Liseyi müəllimlərinin, lisey balabilgələri və ailələrinin il ərzində hazırladıqları layihələr əsasında baş tutdu.
Hədəf Şirkətlər Qrupunun rəsmiləri qırmızı lentin kəsilməsi ilə festivalı açıq elan etdilər. Girişdə şərbətin içilməsi, balabilglərin türk dövlətlərinin bayraqlarını əllərində tutaraq qonaqları qarşılaması da diqqət çəkdi.
🇦🇿Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Hədəf STEAM Liseyinə 2 və 9 aprel tarixlərində keçirilən Qəbul-güzəşt imtahanının qalibləri mükafatlandırıldı.
Balabilgələrimizin yaradıcısı olduğu BilgəBot və ilk yerli istehsalımız olan skuter təqdim olundu.
Festivalda həmçinin Hədəf, Balabilgə və Xan nəşriyyatının nəşrləri əsasında kitab sərgisi də təşkil edildi.
Bundan əlavə milli adət-ənənələrimizi ehtiva edən oyunların keçirilməsi izləyicilərin marağına səbəb oldu.