Hədəf STEAM Liseyinə 2021-2022 tədris ili üçün qəbul(güzəşt) imtahanı
Hər il Hədədf Liseyində ənənəvi şəkildə keçirilən qəbul-güzəşt imtahanı bu il 2021-2022-ci tədris ili üçün 18 aprel tarixində Nəsimi və Abşeron filialları üzrə Azərbaycan və Rus bölmələri üçün keçirilmişdir. İmtahanda hər iki filial üzrə 500-ə yaxın şagird iştirak edərək öz biliklərini yoxlamışlar. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır.
Qəbul-güzəşt imtahanı 3 fəndən ibarət olmaqla Azərbayan və Rus bölmələri üzrə keçirilmişdir.
Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-VIII siniflər üzrə ( 3-9-cu siniflərə qəbul) həyata keçirilmişdir.
İmtahanda iştirak edən şagirdlərdən 10 nəfəri şəhid övladı, 7 nəfər isə qazi övladı YAŞAT fondu vasitəsilə imtahana cəlb edilmişdir. Nəticəsindən asılı olmayaraq şəhid övladlarına Hədəf Liseyi tərəfindən 100% güzəşt, qazi övladlarına isə 50% güzəştlə oxumaq imkanı təqdim edilmişdir:
Güzəşt imtahanının nəticəsinə əsasən:
91%-100% nəticə göstərən şagirdlər – 70% güzəşt;
81%-90% nəticə göstərən şagirdlər – 50% güzəşt;
71%-80% nəticə göstərən şagirdlər – 40% güzəşt;
61%-70% nəticə göstərən şagirdlər – 30% güzəşt;
51%-60% nəticə göstərən şagirdlər – 20% güzəşt:
31%- 50% nəticə göstərən şagirdlər – 10% güzəşt əldə etmişlər.
Ünvan:
Tel: 050(070)2722018, *2018
www.hedefliseyi.edu.az