Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində ödənişsiz təhsil!

Mar 29, 2024
Hədəf STEAM Liseyində ödənişsiz təhsil!

Hədəf STEAM Liseyində 2024/2025-ci tədris ilində təhsil almaq istəyənlər üçün 14 aprel tarixində qəbul-güzəşt imtahanı keçiriləcək. İmtahan 2 – 10-cu siniflərdə oxuyan (3 – 11-ci siniflərə qəbul olmaq istəyən) şagirdlər üçün Azərbaycan və rus bölmələri üzrə nəzərdə tutulur.
Qəbul-güzəşt imtahanı Hədəf STEAM Liseyinə qəbul qaydasının əsas prinsipidir və hər il keçirilir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Hədəf STEAM Liseyi milli və bəşəri dəyərlərə önəm verən milli təhsil brendidir. Buna görə də istedadlı şagirdlərə dəstək olmaq, onların gələcəyinə yaxşı mənada təsir etmək məqsədilə şagirdlərin təhsil xərclərini tam və ya qismən qarşılamağı öz üzərimizə götürməyə qərar verdik. Düşünürük ki, istedadlı, amma maddi imkanı olmayan şagirdlər də bu şansdan yararlanaraq özəl liseydə təhsil alıb ölkəmizin və dünyamızın gələcəyinə faydalı şəxsiyyət kimi yetişməlidirlər.
Təhsil güzəştindən yararlanmaq üçün şagirdlər müəyyən imtahandan keçməlidirlər.
İmtahan nəticəsinə əsasən onlarla şagird 100 %, yüzlərlə şagird isə 20 % – 70 % güzəştlə təhsil şansı qazanacaqlar. Qəbul-güzəşt imtahanı 3 fənn üzrə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirili.
II – VII siniflər üzrə suallar şagirdin təhsil aldığı tədris ili mövzularını 60 %, öncəki illərin mövzularını 40 % əhatə edir. VIII – X siniflər üçün imtahan mövzuları DİM-in buraxılış imtahanı proqramları əsasında müəyyən edilir.
İmtahan müddəti II – IV siniflər üçün 120 dəqiqə, V – X siniflər üçün 180 dəqiqə nəzərdə tutulur.

Siz də uğur qazanmaq üçün imtahanda iştirak edin. Biletləri həm Hədəf Kursları və Hədəf STEAM Liseyinin filiallarına yaxınlaşaraq, həm də onlayn şəkildə hedefliseyi.edu.az saytından əldə edə bilərsiniz.

Hədəfi böyük olanların liseyi!

Əlavə məlumat üçün:
+994123111520