Hədəf STEAM Liseyi Nəsimi Korpusunda “Hazırcavab” intellektual yarışı keçirildi!
3A1 və 4A1 siniflərinin balabilgələri bir arada!
Hədəf STEAM Liseyində balabilgələrin bilik və bacarıqlarını sınamaq və inkişaf etdirmək məqsədilə maraqlı bir “Hazırcavab” intellektual yarışı təşkil olundu. Bu tədbir 3A1 və 4A1 siniflərinin qarışıq komandaları ilə "Kahoot" platforması üzərindən keçirildi.
Yarışın əsas məqsədləri:
• Şagirdlərin biliklərini və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək;
• Fərqli sahələrdə intellektual potensialı üzə çıxarmaq;
• Əylənərək öyrənmək üçün rəqabət mühiti yaratmaq;
• Müxtəlif mövzular üzrə suallara cavab verərək analitik düşüncə bacarıqlarını nümayiş etdirdilər.
• Sağlam rəqabət şəraitində biliklərini bölüşdülər və komandada işləmə bacarıqlarını inkişaf etdirdilər.
Yarışın sonunda bütün iştirakçılar sertifikatlarla təltif olundu. Qalib komandalar isə xüsusi hədiyyələr qazandı!