Hədəf STEAM Liseyi balabilgələri bu gün “Bilim Bakı” mərkəzində “Deneyap” proqramı çərçivəsində təlimlərdə olmuşlar. Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankın rəhbərlik etdiyi nümayəndə heyətinin də ziyarətinə təsadüf etdiyi bu təlim-dərs balabilgələrin yaddaşında daha yaxşı qalacaqdır. Türkiyəli nazirlə səmimi sual-cavab edən balabilgələr təlimdən xoş təəssüratla ayrılmışlar.