Hədəf STEAM Liseyi Azadlıq korpusunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Kim çempion olmaq istəyir?” adlı bilik yarışması keçirildi.
Yarışın məqsədi dahi liderimizi anmaq, onun qoyduğu prinsiplər əsasında bilik və intellektimizi inkişaf etdirmək idi. Bir məktəb olaraq liderimizi biliyimizi sınayaraq yad etmək qarşıya qoyduğumuz əsas hədəf oldu. Çünki “Azərbaycanın gələcəyi gənclərin əlindədir” deyən Ümummilli Liderimizin sözlərini dəstəkləmək və onu həyata keçirmək hər birimizin vətəndaşlıq borcudur.
Yarışda 4 komanda iştirak etdi. İlk mərhələ Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olundu. Daha sonra balabilgələr müxtəlif mövzularda sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdirdilər. Liderimizin unudulmaz “Gələcək siz gənclərin çiyinləri üzərindədir” kəlamını şüar tutan şagirdlərin qızğın mübarizəsi nəticəsində “Heydərçilər” komandası birinci yerə layiq görüldü.