Hədəf STEAM Liseyi Abşeron filialında “Analar liseydə” layihəsi baş tutdu.
Layihə icraçı direktor Cahid Hüseynovun çıxışı, “Ailəmə anonim məktub” adlı məktubların oxunması ilə başladı. Məktublardan xüsusi diqqət çəkənləri valideynlərə təqdim edilərək bərabər müzakirə edildi.
Hər il olduğu kimi müəyyən sahələrdə uğur qazanmış, öz peşəsinin mütəxəssisləri olan şəxslər valideynlərimizi məlumatlandırmaq, onlar arasında sosial aktivliyi yaratmaq məqsədilə seminar keçdilər. Seminarlar ADPU-nun baş müəllimi, psixoloq Nigar Məmmədova–“Ortaq məxrəc” və Fərid Seyfullayev–“ Z-zet və £-alfa nəsilləri ilə əlaqə” mövzularını əhatə etdi.
Maraqlı müzakirələrini furşet və çay masasında davam edən analar anonim məktubların içərisindən öz övladlarının məktubunu tapıb oxumağa çalışdılar və özlərini övladlarının gözü ilə görməyə müvəffəq oldular.
Liseyin ana valideynləri həm məktəb heyəti, həm də öz aralarında fəal ünsiyyət qurmaq məqsədilə lisey müəllimləri tərəfindən təşkil edilən müxtəlif sosial panellərdə–“Rəqəmsal insanlar”, “Sən dəyərlisən”, “Ruhun terapiyası”, “Mətbəxdən sənətə”, “Yeni nəslin əyləncəsi”, “String Art Math”, “Kimya məişətdə”, “Dadlı zaman” və “Sadə fizika” adlı praktiki dərslərdə aktiv iştirak etdilər.