"Hədəf" Şirkətlər Qrupunun bütün kurs və liseylərində 8 Noyabr Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Media25 xəbər verir ki, Mərkəzi filialda keçirilən tədbirdə şagird-aparıcıların təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
"Hədəf" şirkətlər qrupunun baş direktoru, yazıçı-publisist Şəmil Sadiq Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalq-ordu birliyinin məntiqi nəticəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bir vaxtlar separtizmin mərkəzi, terror yuvası olan əzəli torpaqlarımızda indi böyük tikinti-quruculuq işləri görülür, "Böyük Qayıdış" proqramı gerçəkləşdirilir. İşğaldan azad edilmiş torpaqlarda müasir elm-təhsil, mədəniyyət ocaqları qurulur, universitet və məktəblər açılır. 2025-ci ilin "Konstitusiya və suverlik ili" olduğunu xatırladan Ş.Sadiq xalqımızın qəhrəmanlıq tarixinə nəzər salıb, döyüş meydanı ilə bərabər, arxa cəbhədə göstərilən fədakarlıqlara da diqqət çəkib.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları və qazilər öz döyüş təəssüratlarını şagirdlərlə bölüşərək, ölkəmizin gələcəyinin bilikli, vətənpərvər gənclərdən asılı olduğunu diqqətə çatıdırıblar.
Tədbirdə, Zəfər Günü ilə bağlı qısametrajlı film və videoçarxlar nümayiş etdirilib, yazıçı-publisist Şəmil Sadiqin "Qara tut ağacı" əsəri əsasında şagirdlərin hazırladığı səhnəciklər alqışlarla qarşılanıb .