Hədəfi böyük olanların liseyi

Hədəf Liseyinin balabilgələri məzun oldu

İyun 13, 2024
Hədəf Liseyinin balabilgələri məzun oldu

Hədəf STEAM Liseyi Bakı filialında 2023/2024-cü tədris ilinin son zəngi çalındı.

Hədəf konseptinə əsasən həftənin dəyərinə uyğun olaraq “Bilik” həftəsinin yekunu son zəng tədbirinə həsr olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Açılış və təbrik nitqi üçün filialın icraçı direktoru Aytən Hüseynovaya söz verildi. Daha sonra günün qəhrəmanları – məzunlar səhnəyə dəvət olundu.

Hədəf konseptində milli dəyərlərə hörmət və onların gələcək nəsillərə ötürmək əsəs prioritet kimi qəbul edilir. 🇦🇿
Tədbirin ən möhtəşəm anı da məhz budur. Azərbaycan Respublikasının Dövlət Bayrağı məzunlarımızın iştirakı ilə 10-cu sinif balabilgələrimizə təqdim edildi. Hədəf STEAM Liseyi balabilgələrinin fərqi də məhz budur – onlar millətinə və dövlətinə sədaqət rəmzi olaraq Balabilgə andını səsləndirdilər. 

Sonda məzunlar gələcək arzularının ifadəsini əks etdirən sülh göyərçilərini əngin səmaya qaldırdılar. 
1-ci sinif balabilgələrinin də iştirak ilə tədris ilinin son zəngi çalındı. 

 Bütün məzunlarımızı təbrik edir, onlara qədəm qoyduqları yeni bilgəlik yolunda uğurlar arzulayırıq!

 Hədəfi böyük olanların liseyi!