Hədəf Liseyi Stars Campusda tədris prosesinin rəqəmsal idarəetməsini təkmilləşdirmək məqsədilə e-school sistemi ilə bağlı iclas keçirildi.
Toplantıda Hədəf Liseyinin bütün filiallarından koordinatorlar və direktor müavinləri iştirak etdilər. Görüş qurucu direktor Şəmil Sadıqovun və icraçı direktor Şəmsəddin Bəşərin rəhbərliyi ilə baş tutdu.
İclasın əsas məqsədi e-school platformasının tədris, idarəetmə və kommunikasiya proseslərində daha səmərəli istifadəsini təmin etmək, həmçinin bütün filiallarda vahid standartların tətbiqini müzakirə etmək idi.
Tədbir zamanı sistemin əsas bölmələri – davamiyyət, qiymətləndirmə, dərs planlaşdırılması və valideynlərlə əlaqə hissələri üzrə yeniliklər təqdim olundu. Filial nümayəndələri platformadan istifadə təcrübələrini bölüşdülər, qarşılaşdıqları praktiki çətinlikləri və təkmilləşmə təkliflərini səsləndirdilər.
Görüş faydalı fikir mübadiləsi və əməkdaşlıq ruhunda keçdi, e-school sisteminin inkişafı istiqamətində mühüm qərarlarla yekunlaşdı.