Hədəfi böyük olanların liseyi

"Bir Şəhidin Kitabı" Layihəsinin Mükafatlandırma Mərasimi Keçirildi

Fev 28, 2025
"Bir Şəhidin Kitabı" Layihəsinin Mükafatlandırma Mərasimi Keçirildi

"Bir Şəhidin Kitabı" Layihəsinin Mükafatlandırma Mərasimi Keçirildi

Balabilgələrdə vətənpərvərlik hissi, həmçinin milli-mənəvi dəyərlərin formalaşması və inkişafı Hədəf konseptində yer alan bir çox layihələrin əsas məqsədini təşkil edir. “Bir Şəhidin Kitabı” layihəsi xalqımızın qəhrəmanlıq tarixində yer alan şəhidlərimizi daha yaxından tanımaq, tanıtmaq məqsədilə tədris ilinin 15 dekabr – 15 fevral tarixlərində keçirilən esse-kitab müsabiqəsidir.

Layihənin ilkin təqdimat–təbliğat mərhələsi 13-17 yanvar tarixlərini əhatə edib. 17-21 fevral tarixlərində müsabiqəyə təqdim olunan yazıların Azərbaycan dili və ədəbiyyat, rus dili kafedraları tərəfindən akademik direktorun rəhbərliyi altında qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmə zamanı kitabların məzmunu, yazı qaydaları və dizayn bacarıqları nəzərə alınıb.

Bu gün Hədəf STEAM Liseyi Nəsimi korpusunda müsabiqənin mükafatlandırma mərasimi keçirildi. 20 Yanvar, Xocalı faciəsi və II Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan müsabiqənin yekun mərhələsində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Hədəf Liseylərinin rəhbərləri, müəllimlər, şagirdlər və qonaqlar iştirak edirdi.

Çıxışçılar arasında icraçı direktor Vəli Vəlizadə, kitab komissiyasının katibi Nərmin Səlimova, kitabxana rəhbəri Zəkiyyə Məmmədova, elm və təhsil üzrə müşavir Fidan xanım və bir günlük direktor vəzifəsini icra edən Murad Həsənli yer alıb. Onlar vətənpərvərlik ruhunu aşılayan bu cür layihələrin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Müsabiqədə III yerin qaliblərinə Nizami Hüseynov, II yerin qaliblərinə Vəli Vəlizadə və Murad Həsənli, I yerin qalibinə isə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq mükafat və sertifikatlarını təqdim edib.

Sonda iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüb və xatirə şəkli çəkilib.