Hədəfi böyük olanların liseyi

Beynəlxalq Final Universitetinin rektoru Hədəf Liseyində qonaq oldu!

Apr 03, 2025
Beynəlxalq Final Universitetinin rektoru Hədəf Liseyində qonaq oldu!

Beynəlxalq Final Universitetinin rektoru Hədəf Liseyində qonaq oldu!

1 aprel 2025-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Beynəlxalq Final Universitetinin rektoru Hədəf Liseyində qonaq oldu. Hədəf STEAM Liseyi Beynəlxalq Final Universitetinin rektoru Dr. Bülent Taşeli, akademik heyətindən Doç. Dr. Pervin Taşeli və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti sədri Orxan Həsənoğlunu qəbul edib.

Bu görüşdə təhsil sahəsindəki yeniliklər və gələcək əməkdaşlıqlar barədə geniş fikir mübadiləsi aparılıb. Hədəf Şirkətlər qrupunun qurucusu və baş direktoru fil.ü.f.d Şəmil Sadıqov, baş direktor müavini Elvin Əliyev, Hədəf Liseyinin Nəsimi filialının müdiri Vəli Vəlizadə və Hədəf Liseyinin ümumi şöbə müdiri Püstəxanım Səfərova da iştirak edərək təhsil sahəsindəki ən son inkişaflar və bu sahədə görüləcək işlər haqqında müzakirələr apardılar.

Qonaqlarla söhbət səmimi çay süfrəsi arxasında davam etdi. Müzakirələr zamanı iştirakçılar təhsil sistemindəki mövcud trendlər və gələcəkdə tətbiq ediləcək innovativ tədris metodları haqqında fikir bölüşdülər. Bu görüş təhsil sahəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və yeni layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli bir addım oldu.