Hədəfi böyük olanların liseyi

 Bayraq Gününə özəl yürüş!

Noy 10, 2025
 Bayraq Gününə özəl yürüş!

 Bayraq Gününə özəl yürüş!

Hədəf ailəsi olaraq Bayraq Gününü böyük coşqu və qürurla qeyd etdik!

Balaca bilgələrimiz, müəllimlərimiz və valideynlərimizlə birlikdə Bayraq Meydanında toplaşaraq üçrəngli bayrağımızı ucaltdıq, vətənpərvərlik şüarlarını səsləndirdik və bu yürüşlə Vətən sevgisini bir daha nümayiş etdirdik.

Yürüşün sonunda tədbirimiz Bakı İdman Sarayında davam etdi. Burada Azərbaycan Milli Basketbol Komandası ilə Türkiyənin Nəsibə Aydın Super Liqa A-Komandası arasında keçirilən “Dostluq və Qardaşlıq Oyunu”nu izlədik.

Zalda hər iki ölkənin bayraqları dalğalanır, azarkeşlərin səsi arenanı coşdururdu.
Balaca Hədəfçilər üçün bu oyun yalnız idman yarışması deyil, həm də birlik, qardaşlıq və vətən sevgisi dərsi oldu.

Gərgin və həyəcanlı keçən görüşdə Hədəf Stars forması ilə meydana çıxan “qonaqlar” – Nəsibə Aydın komandası qələbə qazandı. Lakin bu günün əsl qalibi dostluq, birliyimiz və qardaşlıq ruhu oldu!