Hədəf Liseyində hər bir balabilgənin hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilir.
Məktəbimizdə balabilgələrlə məktəb rəhbərliyi arasında rəsmi anlaşma imzalanır.
Bu müqavilə ilə:
Balabilgələrimizin təhlükəsiz və mehriban mühitdə təhsil alması təmin olunur;
Onların hüquqları qorunur, fikirlərinə hörmət edilir;
Eyni zamanda qaydalara əməl etmələri, məsuliyyətli və nümunəvi davranış sərgiləmələri öhdəlik kimi təsbit olunur.
Bu yanaşma ilə biz – balabilgə və məktəb birlikdə qarşılıqlı hörmət və anlayış mühitini qoruyuruq.
Çünki Hədəf Liseyində hər bir balabilgə yalnız şagird deyil, həm də dəyərli bir fərddir!