Hədəfi böyük olanların liseyi

 Abşeron filialında “Sən şagird ol mən müəllim!” layihəsi!

Fev 14, 2025
 Abşeron filialında “Sən şagird ol mən müəllim!” layihəsi!

 Abşeron filialında “Sən şagird ol mən müəllim!” layihəsi!

Layihə çərçivəsində:
• Balabilgələr bir-birini anlayır və dəyərləndirir;
• Balabilgə-müəllim münasibətləri inkişaf edir;
• Balabilgələrə empatiya duyğusu aşılanır;
• Komanda işi anlayışının yaranmasına xidmət edir;
• “Balabilgədən-balabilgəyə” yanaşmasını ehtiva edir.

Bilgə müəllim Nizami Həsən ingilis dili LA fənnindən "Seasons and gardens" mövzusunda STEAM texnologiya inteqrasiyalı dərs nümayiş etdirdi. Fəsillər və bu fəsillərdə bağların görünüşünün necə dəyişməsi ilə bağlı ətraflı məlumat verən bilgə müəllim, "Fun facts" bölməsində diqqət çəkən qeyri-adi məlumatları da balabilgələrin nəzərinə çatdırdı. Dərsin praktiki hissəsində balabilgələrə təqdim olunan ləvazimatlardan bir fəsil üzrə bağ dizayn etmələri istənildi.
İki qrup üzrə balabilgələr öz bağlarını yaradıb müəllimlərinə təqdim etdilər. 

Hədəf STEAM Liseyi “Sən yox SİZ, mən yox BİZ!” ifadəsindən yola çıxaraq balabilgələrdə “zəif-güclü” ifadəsinin bir kənara qoyulub hər kəsin bu layihədə iştirakını təmin edir!

 Biz sadəcə işimizlə öyünürük!