10-cu Bakı Beynəlxalq Kitab Sərgisi başa çatdı!
2-8 oktyabr tarixlərində davam edəcək 10-cu Beynəlxalq Bakı Kitab Sərgisi başa çatdı. Bu günlərdə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq də daxil olmaqla bir çox müəlliflərin imza günü oldu. Sərgidə Hədəf STEAM Liseyi İnteraktiv Elm Muzeyi ilə birlikdə "Yaşıl dünya naminə həmrəy olaq" deyərək Yaşıl Elm masasında öz eksponatları ilə sərgidə çıxış etdilər.
Hədəf STEAM Liseyinin balabilgələri sərgidə aktiv iştirak etdilər. 5000-dən çox qonağa İnteraktiv Elm Muzeyinin avadanlıqlarını və Hədəf STEAM Liseyinin dərs prinsiplərini təqdim etdilər. Həmçinin balabilgələr öz kitabxanalarını böyük sevgi və coşqu hissi ilə kitablar əldə edərək zənginləşdirdilər.
Hədəfi böyük olanların liseyi!