Hədəf STEAM Liseyinin balabilgələri “Hədəf Nəşrləri”nin uşaqlar üçün təsis etdiyi “Balabilgə” elmi-kütləvi məktəbli dərgisinə qovuşdular.
8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur.
Dərgidə“Alimləri tanıyaq”, “Bir gün bir filmə baxdım...”, “Gəl STEAM oynayaq”, “Qəribə canlılar”, “Tarixi elmi ixtiralar”, “İqlim sənin əlindədir”, “Müasir elmi ixtiralar” və “Kitabını göstər” rubrikaları yer alır.
Bundan başqa dərgidə uşaqların dünyagörüşünün inkişafına hesablanmış krossvord və daşlarını özləri kartondan hazırlamalı olduqları dama oyunu var.
Abunə olmaq istəyən şəxslər +994 77 343 80 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.