Gənc müəllimlərin inkişafına dəstək olmağa davam edirik!
Hədəf STEAM Liseyi Qurtuluş korpusu dövlət universitetlərinin sonuncu kurs tələbələrini pedaqoji təcrübəyə qəbul edib. Bu proqram çərçivəsində tələbələr müasir tədris metodları ilə tanış olaraq praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli tələbələrlə görüş keçirərək müəllimlik peşəsinin əhəmiyyəti və təhsildə innovativ yanaşmalar haqqında çıxış edib. O, Hədəf STEAM Liseyinin konsepti və tədris metodologiyası barədə geniş məlumat verərək, tələbələrə şagirdlərlə effektiv ünsiyyət, sinif idarəetməsi və müasir pedaqoji texnologiyalarla bağlı faydalı məsləhətlər təqdim edib.
Bu təcrübə proqramı gənc müəllimlərin real məktəb mühitində bacarıqlarını inkişaf etdirməsinə, innovativ pedaqoji metodları tətbiq etməsinə və gələcək karyeralarına uğurlu başlanğıc etməsinə dəstək olmağı hədəfləyir. Hədəf STEAM Liseyi gələcəyin peşəkar müəllimlərinin formalaşmasına töhfə verməkdə davam edir.