Elm və Təhsil Nazirliyi yanında İctimai Şura nümayəndələrinin Hədəf Liseyinə səfəri
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əliyev və katibi Günay Əkbərova Hədəf Liseyi Stars Campusun qonağı olublar.
Qonaqları Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadıqov və Stars Campusun icraçı direktoru Şəmsəddin Bəşər qarşılayıblar. Görüş zamanı qonaqlara liseyin fəaliyyəti, təhsil mühiti və infrastruktur imkanları barədə ətraflı məlumat təqdim olunub.
Səfər çərçivəsində qonaqlara Hədəf Liseyinin konsepti, tədris dəyərləri, pedaqoji yanaşması və milli-mənəvi dəyərlərin formalaşdırılmasına yönəlmiş təlim modeli haqqında geniş təqdimat edilib. Onlar həmçinin müasir dərs otaqları, laboratoriyalar, ibtidai və orta təhsil bölmələri, eləcə də balabilgələr üçün yaradılmış innovativ öyrənmə mühiti ilə tanış olublar.
Nümayəndələr Hədəf Liseyinin təhsil sistemini yüksək qiymətləndirərək bu kimi təşəbbüslərin ölkəmizdə müasir təhsilin inkişafına və gənc nəslin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıblar.