Hədəf STEAM Liseyinin Qurtuluş korpusunda I-VIII siniflər üzrə 2024-2025-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunmuş valideyn iclası keçirildi.
İclasda lisey rəhbərliyi iştirak edərək valideynləri salamladı.
İclas balabilgələrin çıxışları ilə başladı. Balabilgələr özünüifadə bacarıqlarını nümayiş etdirərək lisey həyatında aktiv iştiraklarını valideynlərə göstərdilər.
Sinif rəhbərləri I yarımil ərzində aparılan tədris prosesi, balabilgələrin akademik nəticələri, psixoloji durumları və sosial fəaliyyətləri, klub və dərnəklərdə balabilgələrin inkişafı, olimpiada uğurlarımızın təqdimatı, ibtidai siniflərdə oxu-yazı bacarıqlarının yoxlanılması, ekskursiyalar barədə ətraflı məlumat verdilər.
İclasın sonunda valideynlər fənn müəllimləri ilə fərdi görüşlər keçirdilər. Görüşlər zamanı balabilgələrin akademik göstəriciləri və onların inkişafı ilə bağlı müzakirələr aparıldı.
İclas məhsuldar və interaktiv keçdi. Valideynlər liseyin tədris strategiyaları, balabilgələrin inkişafı və gələcək planları haqqında ətraflı məlumat aldılar.