Hədəf Liseyində Ukrayna mədəniyyətinə maraqlı səyahət!
Liseyimizdə keçirilən xüsusi dərs zamanı 4R2 sinfinin qonaqları Ukrayna Səfirliyinin nümayəndələri oldular. 🇺🇦🇦🇿
Tədbir çərçivəsində balabilgələr Ukraynanın zəngin mədəniyyəti, adət-ənənələri və əlifbası ilə yaxından tanış oldular. Əlifbanın sirləri, tələffüz xüsusiyyətləri və tarixi mənşəyi interaktiv üsulla təqdim edildi.
Dərs zamanı oyunlar, viktorinalar və yaradıcılıq tapşırıqları ilə zənginləşdirilmiş fəaliyyətlər balabilgələrin marağını daha da artırdı. Onlar öyrənərək əyləndilər, komandalar halında müsabiqələrdə iştirak edib biliklərini nümayiş etdirdilər.
Sonda balabilgələrə Ukrayna və Azərbaycan bayraqları ilə bəzədilmiş xatirə hədiyyələr təqdim olundu. Bu hədiyyələr iki xalq arasında dostluq, qarşılıqlı hörmət və mədəni əməkdaşlığın rəmzinə çevrildi.
Bu kimi layihələr balabilgələrdə beynəlxalq dəyərlərin formalaşmasına, multikultural düşüncənin və dünyagörüşün genişlənməsinə mühüm töhfə verir.