Hədəf STEAM Liseyi Qurtuluş korpusu liseyimizin 1-ci sinif Azərbaycan bölməsi balabilgələri arasında “İstedad sənsən!” adlı bilik yarışması keçirildi.
• Kiçik kəşfiyyatçılar;
• Söz sehrbazları;
• Xoşbəxt qəhrəmanlar;
• Yaradıcı düşüncələr;
• Parlayan ulduzlar qruplarından ibarət olan, Azərbaycan dili, riyaziyyat, ingilis dili, language arts, məntiq fənlərinin inteqrasiyasından yaranan bu yarışma balabilgələrimizin bilik və bacarıq səviyyələrini də ortaya çıxardı.
Yarışmanın əsas keçirilməyində məqsəd:
“Mən yox, Biz varıq!” ifadəsini maarifləndirmək;
Erkən yaş dövründən sağlam rəqabətin formalaşması;
Əməkdaşlığın, dostluğun möhkəmlənməsi;
Valideyn, balabilgə, müəllim dairəsinin möhkəmlənməsini təmin etmək idi və buna nail olundu.
Yarışma həm valideynlər, həm də balabilgələr tərəfindən böyük rəğbətlə qarşılandı. 1-ci sinif balabilgələrimizin uğurları axarıncı olsun!