Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin Nəsimi korpusunda kitab komissiyasının növbəti tədbiri baş tutdu.

Dek 20, 2024
Hədəf STEAM Liseyinin Nəsimi korpusunda kitab komissiyasının növbəti tədbiri baş tutdu.

Kitab işinin təşkili məqsədilə yaradılan komissiyanın növbəti layihəsi olan "Sevdiyin kitabı sevdir"-in TedX formatlı ilk görüşü keçirilmişdir.
Tədbir filialın kitabxana rəhbəri Zəkiyyə Məmmədovanın moderatorluğu ilə keçirildi.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan çıxışlar dinlənildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olaraq fəaliyyətindən bəhs edildi.
Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Kitab komissiyasının katibi Nərmin Səlimova çıxış etdi. Hədəf Şirkətlər Qrupu Baş direktoru Şəmil Sadiqovun 22 oktyabr 2024 -cü il tarixli əmri ilə yaradılan bu komissiyasının fəaliyyət istiqamətləri və yeni layihələri haqqında iştirakçıları məlumatlandırdı.

Daha sonra 8 spikerdən biri valdeyn,ikisi müəllim və beşi balabilgə olmaqla çıxışlara start verildi:
Günel Xəlilova
Mələk Soltanova
Sarvan Aslanov
Murad Həsənli
Tuncay Mehdizadə
Dəniz Həsənli
Zəhra Əbilova
Musa Babasoy
Görüşün sonunda Hədəf Liseylərinin icraçı direktoru və kitab komissiyasının üzvi Nizami Hüseynov çıxış etmiş, spikerlərin çıxışlarına öz fikirini bildirdi.
Sonda isə kitab komissiyasının sədri Səbuhi Şahmursoy çıxış edərək, lisey komandasına dəvət üçün öz təşəkkürünü bildirdi.